USD: 1.70 EUR: 1.85 Hava: Bakı 12°C

Görkəmli Azərbaycan yazıçısının "Gizli Bakı" kitabı fars dilinə tərcümə edilib

Görkəmli Azərbaycan yazıçısının "Gizli Bakı" kitabı fars dilinə tərcümə edilib
Görkəmli Azərbaycan yazıçısı Məhəmməd Səid Ordubadinin "Gizli Bakı" romanı fars dilinə tərcümə olunub. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. Qeyd olunur ki, Vədud Mərdinin tərcüməsi ilə 445 səhifəlik bu kitab İranın "Negah" nəşriyyatı tərəfindən nəşr olunub və kitabın qiyməti 550 000 tüməndir (təxminən 11 manat) . Kitab, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəlində Bakı zəhmətkeşlərinin həyatını dərin və parlaq şəkildə təqdim edir. "Gizli Bakı" əsəri Ordubadinin Bakının zəhmətkeş xalqının həyatının araşdırıldığı üçcildli tarixi trilogiyasının ikinci cildidir. Ordubadi əsərdə realist və insanpərvər perspektivlə Bakının sosial-iqtisadi vəziyyətini və zəhmətkeş insanların həyatını göstərir.
Reklam
Oxşar xəbərlər
Şərhlər
Hələ şərh yoxdur.
Şərh yaz