USD: 1.70 EUR: 1.85 Hava: Bakı 11°C

"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununun biletləri satışa çıxıb. Oxu.Az xəbər verir ki, satışa saat 15:00-da start verilib. Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Reklam
Oxşar xəbərlər
Şərhlər
Hələ şərh yoxdur.
Şərh yaz